Icma.az
close
up
RU
Azərbaycan ABŞ: Prezident İlham Əliyevin etimad mesajı

Azərbaycan ABŞ: Prezident İlham Əliyevin etimad mesajı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keçmişin “907”sindən gələcək strateji münasibətlərə doğru

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Forumunun açılışı mərasimində Azərbaycan-ABŞ münasibətlərindən, kifayət qədər, ətraflı söz açdı. Dövlətimizin başçısı fikirləri ilə bu münasibətlərin tarixinə, bir növ, ekskurs etdi. Mövcud xüsusda Prezidentin üzərində dayandığı bir məqam xüsusi vurğulanmalıdır. Söhbət ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişdən gedir. O düzəliş ki, hazırda onunla bağlı məsələyə etimad prizmasından baxmaq üçün yetərincə əsasımız var. 

***

Əlbəttə, Prezident İlham Əliyevin fikirlərinə nəzərən, ilk növbədə, Bakı-Vaşinqton təmaslarının hazırkı yüksək fazası qeyd edilməlidir. O faza ki, onun qərarlaşması baxımından Birləşmiş Ştatlar Prezidenti Donald Trampın sülhsevərliyi, dünyanın müxtəlif bölgələrində barış mühitinin qərarlaşmasına çalışması vurğulanmalıdır. 

Nəzərə alaq ki, ABŞ-nin dövlət başçısı beynəlxalq miqyasda münaqişələrin həllinə, o cümlədən, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsinə mühüm tohfə verib. Bu mənada Prezident İlham Əliyevin ötən il avqustun 8-də Ağ Evdə məbuata bəyanatla çıxış edərkən səsləndirdiyi fikirlər mühüm əhəmiyyətə malikdir: “Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər”.

Məlum olduğu kimi, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında həm sülh sazişi paraflandı, həm də hər iki ölkə lideri ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq, özlərinin barış niyyətlərini ortaya qoydular ki, bu, Vaşinqtonun Cənubi Qafqaz siyasi coğrafiyasındakı mövqeyinin güclənməsi baxımından mühüm hadisəyə çevrildi. 

Belə bir tarixi hadisənin yaşanması o demək idi ki, regionda maraqlı qütblər münaqişə məntiqinə əsaslanmış hərəkət və davranışlardan uzaq durmalı, yalnız əməkdaşlığa köklənməlidirlər. Elə Prezident İlham Əliyev mətbuata ötən il avqustun 8-dəki bəyanatında məhz bunu vurğulamışdı: “Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

Ancaq Trampdan əvvəlki Prezident Co Baydenin yanaşmasına görə, Cənubi Qafqaz parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Klassik imperialist təfəkkürdən qaynaqlanmış bu baxış Bakı-Vaşinqton münasibətlərinin 2020-2024-cü illərdəki dövrünü sanki ağ vərəqə, itirilmiş zaman kəsiyinə çevirdi. 2025-ci ildə Trampın dövlət başçısı kimi fəaliyyətə başlaması isə münasibətlərdə yeni mərhələyə start verdi. Prezident İlham Əliyevin həmin ilin avqustunda ABŞ-a tarixi səfəri, səfər gedişində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması, dövlətimizin başçısının Ağ Evdə yüksək səviyyədə qəbulu, habelə, Vaşinqtonun Cənubi Qafqazda sülhə baxışının ifadəsi olan digər məqamlar “Baydenizm mərhələsinin” tam aradan qalxması baxımından həlledici rol oynadı. 

ABŞ-Azərbaycan münasibətlərinin müsbət dinamikası Birləşmiş Ştatların Vitse-prezidenti Cey. Di. Vensin bu ilin fevralında ölkəmizə səfəri və Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması ilə daha da möhkəmləndi. Yeri gəlmişkən, iqtisadi inkişafı dəstəkləyən bu sənəd uzunmüddətli əlaqələrin qurulması üçün yeni perspektivlər açır və işbirliyinin genişləndirilməsini təşviq edir. Həmçinin, strateji tərəfdaşlıq çərçivəsində ticarət əlaqələrinin və investisiya mühitinin inkişafı, enerji və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi gözlənilir ki, bütün bunlar da Bakı-Vaşinqton təmasları baxımından yeni yoldur. 

***

Bu kimi məqamlara görədir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Forumunda Tramp Administrasiyası ilə Azərbaycan arasındakı münasibətləri “əla” adlandırıb və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Ötən ilin avqustunda Vaşinqtonda, bu ilin yanvarında Davosda Prezident Trampla görüşlərini xatırladan dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Ştatlar liderinin təşəbbüskarı olduğu Sülh Şurasına təsisçi üzv kimi dəvətini, Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri ilə Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı, eləcə də bir çox digər meyarları yada salaraq, hazırda Azərbaycan-ABŞ münasibətlərinin heç zaman görmədiyimiz zirvə səviyyəsində olduğunu vurğulayıb. 

Bəli, Bakı-Vaşinqton əlaqələrinin hazırkı yüksək fazası böyük perspektiv vəd edir. Əslində, bu perspektivin yaranması da tarixi şansdır. Deməli, şansı dəyərləndirmək lazımdır. Bu səbəbdən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ABŞ-la strateji tərəfdaşlığın bütün müddəalarının icrası üzərində fəal işləyir. Yəni, Azərbaycan Xartiya ilə üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan, həmçinin, Birləşmiş Ştatların Cənubi Qafqazda sülh quruculuğuna da sadiqlik xəttini əsas tutmaqdadır. Nəticədə ölkəmiz birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb və “hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar”. 

***

Bütün bunların fonunda yenidən ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişə qayıdaq. Nəzərə alaq ki, Prezident İlham Əliyevin Bakı-Vaşinqton münasibətləri xüsusunda bu məqamdan söz açması təsadüfi deyil. Bir halda ki, münasibətlər yüksək səviyyədədir və bir halda ki, Ermənistanın, guya Azərbaycan tərəfindən blokadada saxlanılması ilə bağlı 34 il əvvəlki sərsəm ritorika aradan qalxıb, deməli, “907” də ömrünü başa vurmalıdır. O “907” ki, onun qəbulunda ermənipərəst senatorlar fəal rol oynamışdılar və Prezident İlham Əliyev mövcud məqamı özünəməxsus şəkildə vurğulayıb: “Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu”.

1992-ci ildə Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”nı qəbul etdiyini, ermənipərəst senatorların bu akta ədalətsiz 907-ci düzəlişin edilməsinə rəvac verdiklərini, nəticədə ölkəmizin Birləşmiş Ştatların ali qanunverici orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmış yeganə keçmiş sovet respublikası olduğunu xatırladan dövlətimizin başçısı sözügedən düzəlişin tamamilə köhnəldiyini də vurğulayıb. Amma “Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır”.

Əlbəttə, dövlətimizin başçısı Prezident Trampın “907”nin qüvvəsinin növbəti bir il üçün dayandırdığını, hazırda onun işləmədiyini də diqqətə çatdırıb. Amma sənədin rəmzi və siyasi mənası hələ də qalır. “Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək”. 

Ümumiləşdirmə apararaq belə qənaətə gəlmək olar ki, IV Şuşa Qlobal Forumunda ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumundan söz açan Prezident İlham Əliyevin üzərində dayandığı ən mühüm məqamlardan biri məhz etimaddır. Söhbət həm ölkəmizə etimaddan, həm də ölkəmizin etimadından gedir. Azərbaycana etimad 34 il əvvəlin xoşagəlməz yaşantısı ilə ölçülməməlidir. Çünki biz etimad sınağından ləyaqətlə çıxmışıq. Etmad sınağından ləyaqətlə çıxan ölkə isə heç bir şübhə yerinin qalmamasında israrlıdır. Bu baxış Bakı-Vaşinqton təmaslarını ayrı-ayrı administrasiyaların mövqelərinin fövqündə tutur. Stratejilik də elə budur. Deməli, “907”nin tarixin arxivinə göndərilməsi də strateji məsələdir. Ümidvarıq ki, Birləşmiş Ştatlarda bu barədə ciddi düşünənlər var və onların səyləri ilə ermənipərəst müddəa tamamilə ləğv ediləcək.  

Əflatun AMAŞOV,

“Xalq qəzeti”nin baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see482

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see313

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see248

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see229

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see213

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see213

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see208

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see187

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see180

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see177

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see175

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see170

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see169

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see168

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see165

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see162

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see158

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see156

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see150

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri