Icma.az
close
up
RU
Azərbaycan “ADEX 2026“da gücünü göstərəcək VİDEO

Azərbaycan “ADEX 2026“da gücünü göstərəcək VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında "ADEX 2026" sərgisinin Azərbaycanın müdafiə sənayesi üçün əhəmiyyəti, milli müdafiə sənayesinin təqdimatında yeni yanaşma və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənməsi təhlil olunub.

Bildirilib ki, 30 sentyabr-2 oktyabr tarixlərində keçiriləcək "ADEX 2026" əvvəlki sərgilərdən miqyasına görə fərqlənəcək. İlk dəfə 5-ci pavilyondan istifadə olunacaq, 20-dən çox ölkədən 200-dən artıq şirkət və 26 ölkədən 32 rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir.

Qeyd olunub ki, sərginin Azərbaycan üçün əsas yeniliyi 4-cü pavilyonun bütövlükdə milli ekspozisiyaya ayrılmasıdır. Burada dövlət qurumları, hərbi-sənaye strukturları, elmi və təhsil müəssisələri, texnologiya şirkətləri, kosmik və mina təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar vahid sistem çərçivəsində təqdim olunacaq. Vurğulanıb ki, müasir müdafiə sənayesi artıq yalnız silah, sursat və hərbi texnikanın istehsalı ilə məhdudlaşmır.

Proqram təminatı, mühəndislik, süni intellekt, sensorlar, rabitə, C4ISR, radioelektron mübarizə və kibertəhlükəsizlik kimi texnologiyalar da milli müdafiə potensialının mühüm hissəsinə çevrilir. Bildirilib ki, "ADEX 2026" beynəlxalq hərbi sənaye əməkdaşlığı baxımından da diqqət çəkir. ABŞ-nin "Lockheed Martin" və "SIG SAUER" şirkətləri ilk dəfə sərgidə iştirak edəcək, Almaniyanın "Rheinmetall" şirkəti də iştirakçılar sırasında olacaq. İsrailin aerokosmik və müdafiə sənayesi şirkəti isə hava və raket müdafiəsi, radioelektron mübarizə və radar sistemləri ilə yanaşı, yerli sənayenin inkişafı və texnologiya transferini də ön plana çıxarır.

Nəticə etibarilə, "ADEX 2026"da Azərbaycanın əsas mesajı yalnız yeni silah nümunələrinin nümayişi olmayacaq. Sərgi ölkənin müdafiə sənayesində istehsal, texnologiya, elm, təhsil və rəqəmsal imkanları vahid sistemdə birləşdirən daha geniş milli potensial formalaşdırdığını göstərmək baxımından əhəmiyyət daşıyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Avqust 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri