Icma.az
close
up
RU
Azərbaycan adının dəyişdirilməsi təklif olunur

Azərbaycan adının dəyişdirilməsi təklif olunur

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ölkə adının dəyişdirilərək “Şimali Azərbaycan” adlandırılması ilə bağlı təklifi parlamentdə və cəmiyyətdə müzakirələrə səbəb olub. Yeni Konstitusiya islahatları çərçivəsində səsləndirilən bu ideyaya həmkarlarından cavab gecikməyib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov həmkarının təklifinə münasibət bildirərək, Azərbaycan adının toxunulmazlığını və beynəlxalq nüfuzunu xüsusi vurğulayıb.

“Deputat fikir ifadə etməkdə azaddır və özünün baxışları ilə fikirləri bildirir. Bu baxımdan həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Subyektiv fikrim ondan ibarətdir ki, ölkəmizin adı müzakirə mövzusu olmamalıdır. Azərbaycan vahid məkan adıdır və mənası da çox genişdir. Ona görə də ölkəmizin adını Şimala və ya da Cənuba bölməyi düzgün hesab etmirəm. 

Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış brenddir. Hesab edirəm ki, adın dəyişilməsi real iqtisadi və ya sosial üstünlük qazandırmır. Bu gün dünyada tanınmış qalib, nüfuzlu və hörmətlə yanaşılan Azərbaycan brendi formalaşıb. Hər bir azərbaycanlı da bu brend altında birləşməlidir”.

Beləliklə, parlamentdə səslənən bu maraqlı təklif deputatlar arasında fikir ayrılığına səbəb olub. Azər Badamovun da qeyd etdiyi kimi, Azərbaycan artıq dünyada zəfər çalmış bir simvol halına gəlib. Görünən odur ki, ad dəyişikliyi məsələsi hələ uzun müddət siyasi gündəmin ən qaynar mövzularından biri olaraq qalacaq. 

Xatırladaq ki, “Azərbaycan” adının mənşəyi qədim tarixə gedib çıxır və bir neçə mərhələdə formalaşıb.

 Adın mənşəyi

“Azərbaycan” sözü  əsasən Atropat adlı şəxsə bağlanır. O, eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər imperiyasının tərkibində Midiya satrapı olmuşdu.

İsgəndərin ölümündən sonra Atropat öz müstəqil dövlətini qurdu və bu ərazi

Atropatena (yəni “Atropatın ölkəsi”) adlandırıldı.

Zaman keçdikcə bu ad fonetik dəyişikliklərə uğrayaraq:

Atropatena → Adərbayqan → Azərbaycan formasını aldı.

“Azərbaycan” adına yaxın formalar:

İlk dəfə eramızdan əvvəl IV–III əsrlərdə Atropatena kimi işlədilib.

Orta əsr mənbələrində (ərəb və fars tarixçilərində) artıq “Adərbayqan” və ya “Azərbaycan” formasına rast gəlinir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Aprel 2026 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri