Icma.az
close
up
RU
Azərbaycan Aİ 92 benzini neçəyə alıb satır?

Azərbaycan Aİ 92 benzini neçəyə alıb satır?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 4,085 milyon ABŞ dolları olan 6,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (“Aİ-92”) benzin ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.

Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,650 milyon ABŞ dolları dəyərində 3,1 min ton “AI-92″ markalı benzin ixrac edilib.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı benzin satdığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Əfqanıstan 2297,68 1631,35 Gürcüstan 1093,57 803,77 Türkiyə 3065,74 1650,06

Eyni zamanda bu ilin yanvar-avqust aylarında Azərbaycana 3 ölkədən dəyəri 64,396 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 36,1 min ton və ya 1,8 dəfə, dəyər baxımından isə 25,9 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı benzin aldığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Belarus 14496,86 12610,53 Rusiya 64834,47 48806,75 Rumıniya 3670,04 2978,6

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 946,4 min ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır. Ötən ilin ilk səkkiz ayında ölkədə 973,4 min ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 53,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb. (Trend)

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Oktyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri