Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr apardı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Avropa Komissiyası ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) enerji təşəbbüsləri üzrə müzakirələr aparıb.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, Bakıda COP29 çərçivəsində səfərdə olan Avropa Komissiyasının Enerji üzrə baş direktoru Ditte Juul Jorgensen ilə enerji əməkdaşlığının inkişafına dair səmərəli görüş keçirib.
“Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığımızın bir hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya təbii qaz və “yaşıl enerji tədarükü, Xəzər və Mərkəzi Asiyadan başlayan “yaşıl enerji dəhliz”ləri üzrə müzakirələr apardıq”, - deyə P. Şahbazov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















