Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycan Aİ münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır

Azərbaycan Aİ münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir beynəlxalq münasibətlərdə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq dövlətlərin strateji inkişafının əsas amillərindən biridir. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və regional sabitliyin ön plana çıxdığı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş bu strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüş zamanı tərəflər iqtisadi, enerji və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanan layihələrə dair geniş fikir mübadiləsi aparmış, birgə mətbuat bəyanatı ilə əməkdaşlığın fəal mərhələdə olduğunu təsdiqləmişlər.

Avropa İttifaqı ilə münasibətlər müxtəlif səviyyələrdə aparılan dialoq üzərində qurulub. Son dövrlərdə Avropa Komissiyasının nümayəndələrinin regiona tez-tez səfərləri bu əməkdaşlığın dinamik və davamlı olduğunu nümayiş etdirir. Bu səfərlər siyasi və iqtisadi sahələrdə intensiv dialoqun mövcudluğunu göstərməklə yanaşı, yeni əməkdaşlıq imkanlarının formalaşmasına da şərait yaradır.

İqtisadi tərəfdaşlıq bu əməkdaşlığın əsas faktorlarından biridir. 2026-cı ilin yanvar ayı üzrə statistik göstəricilər sübut edir ki, ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə bağlıdır. Bu amil Avropa İttifaqının region üçün əsas ticarət tərəfdaşı olduğunu açıq şəkildə təsdiqləyir. Eyni zamanda, qarşılıqlı sərmayələr və yeni layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Bu proses yalnız iqtisadi fayda yaratmaqla kifayətlənmir, regionda yeni inkişaf perspektivlərinin formalaşmasına da imkan verir.

Enerji sahəsində əməkdaşlıq isə tərəfdaşlığın strateji xarakter daşıyan digər istiqamətidir. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Sənədin imzalanmasından sonra əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə enerji resursundan faydalanır. Bu göstəricilər Avropanın enerji təhlükəsizliyində regionun rolunun əhəmiyyətini artırır.

Enerji əməkdaşlığının bir platforması da Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarıdır. Bu tədbirlər tərəfdaş ölkələr arasında enerji siyasətinin koordinasiyası və yeni layihələrin müzakirəsi üçün mühüm imkanlar yaradır. Bəyanatda qeyd olunduğu kimi, yaxın illərdə qaz hasilatının artırılması planlaşdırılır. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlərlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qaz hasilatı gözlənilir ki, bu da Avropa bazarına tədarük imkanlarını daha da genişləndirəcək.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Günəş, külək və su elektrik enerjisi üzrə həyata keçirilən layihələr regionun böyük potensiala malik olduğunu sübut edir. Planlara əsasən, yaxın beş-altı il ərzində ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürülmə xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturunun digər elementləri üzərində iş aparılır. Regionun iqlim şəraiti, günəşli günlərin çoxluğu və külək enerjisi potensialının yüksək olması həmin istiqamətdə əlavə üstünlüklər yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın görüşündə regional təhlükəsizlik və nəqliyyat məsələləri də müzakirə edilib. Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni logistika və ticarət imkanları yaradır. Bununla yanaşı, Ermənistanla əldə olunan razılaşmalar və sülh prosesinin davam etdirilməsi regional sabitlik və iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas amil hesab olunur. Eyni zamanda, tərəflər davamlı sülhün regionda iqtisadi inkişaf və əməkdaşlığın genişlənməsi üçün önəmli olduğunu vurğulayıblar. Sülh prosesinin möhkəmləndirilməsi və qarşılıqlı etimadın artırılması uzunmüddətli strateji əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Bundan başqa, sülhün qorunması və təşviqi regional tərəfdaşlıq və əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdəndir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq: “Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır”.

Azərbaycan-Avropa İttifaqı münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, nəqliyyat imkanları və regional sabitlik bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri tərəflər arasında əməkdaşlığın fəal mərhələdə olduğunu nümayiş etdirən bir siyasi hadisə kimi qiymətləndirilir. Strateji enerji əməkdaşlığı, iqtisadi əlaqələrin güclənməsi və regionda sabitliyin möhkəmlənməsi qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini müəyyənləşdirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri