Icma.az
close
up
RU
“Azərbaycan ailəsi övladı üçün son qəpiyini də xərcləməyə hazırdır”

“Azərbaycan ailəsi övladı üçün son qəpiyini də xərcləməyə hazırdır”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Azərbaycanda repetitorluq haqqında ən çox deyilən fikir budur ki, məktəblərdə yaxşı dərs keçirilsə, repetitorluğa ehtiyac qalmaz. Bu fikrin nə qədər doğru olduğunu müəyyən etmək üçün bir maksimal xəyal edək. Təsəvvür edək ki, ölkədə elə bir orta təhsil sistemi qurulub ki, universitetə qəbul imtahanında abuturiyentlərin hamısı 650 baldan çox toplayıb. Repetitorluq bitəcək? Xeyr, bitməyəcək. Çünki 650 bal toplayan şagird yenə 690 bal toplayan şagirdlə eyni fakültə uğrunda rəqabət aparacaq. Valideyn yenə düşünəcək ki, mənim övladım digərlərindən geri qalmasın”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, deməli, rəqabət davam etdiyi müddətdə isə üstünlük qazanmaq üçün əlavə hazırlığa tələbat da davam edəcək:

“Bunun ən yaxşı sübutu odur ki, ölkənin ən güclü liseylərində oxuyan şagirdlərin də böyük hissəsi repetitor yanına gedir. Problem sadəcə onların məktəbdə zəif oxuması deyil. Məqsəd rəqabətdə üstünlük qazanmaqdır. Deməli, repetitorluğun əsas hərəkətverici qüvvəsi orta təhsil sisteminin zəifliyi yox, rəqabətdir. (Bu cümlə “Orta təhsilimizin zəif tərəfləri yoxdur” kimi oxunmamalıdır).Universitetlərdə yerlərin sayı məhduddur, yüksək bal tələb edən ixtisaslara qəbul olmaq istəyənlərin sayı isə daha çoxdur. Belə şəraitdə hər bir ailə övladına əlavə üstünlük qazandırmağa çalışır”. 

İqtisadçının sözlərinə görə, Azərbaycan ailəsi övladı üçün son qəpiyini də xərcləməyə hazırdır və bu gün minlərlə ailə məhz bunu edir:

“Bu prosesin sosial nəticələri də var. Gəliri yüksək olan ailələr övladları üçün daha çox resurs ayıra bilir, gəliri aşağı olan ailələr isə eyni rəqabətdə daha məhdud imkanlarla iştirak edir. Nəticədə imkan fərqi müəyyən hallarda təhsil nəticələrinə də təsir göstərir.İqtisadi baxımdan isə repetitorluğa xərclənən vəsait iqtisadiyyatdan çıxmır. Bu pullar əsasən Azərbaycan müəllimlərinin gəlirinə çevrilir. Sonra həmin vəsait yenidən ölkə daxilində dövr edir, taksi xidmətlərinə, mağazalara, restoranlara, müxtəlif xidmət və malların alınmasına xərclənir. Başqa sözlə, repetitorluqda dövr edən vəsait ölkə iqtisadiyyatının daxilində qalır. Odur ki, repetitorluğun əhatə dairəsini azaltmağın yolu onu qadağan etmək deyil. Onsuz da qadağan edilsə belə, bu gizli fərdi hazırlıq, ev dərsləri və ya onlayn məşğələlər formasında yenidən ortaya çıxacaq. Çünki bu bazarı qanun yox, rəqabət yaradır”. 

E.Əmirov deyib ki, repetitorluğun miqyasını azaltmağın əsas yolu qəbul mərhələsindəki həddindən artıq sərt rəqabəti yumşaltmaqdır:

“Universitetə qəbul daha əlçatan olmalıdır. Əsas çətinlik qəbul imtahanında deyil, universitetdə olmalıdır. Tələbə seçdiyi ixtisas üzrə peşəkar səviyyəyə çatana qədər ciddi akademik tələblərlə qarşılaşmalıdır. Qəbul nisbətən asan, məzun olmaq isə həqiqətən çətin olarsa, rəqabətin böyük hissəsi qəbul imtahanından çıxaraq universitet təhsilinə transfer olunacaqdır. Bu zaman repetitorluğa bugünkü qədər yüksək tələbat da təbii şəkildə azalacaq, əvəzində ölkədə diplomlu qeyri-mütəxəsislər yox, peşəkarlar yetişəcək”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri