Icma.az
close
up
RU
Azərbaycan Almaniya əlaqələrinin qlobal perspektivdə genişlənməsi ŞƏRH

Azərbaycan Almaniya əlaqələrinin qlobal perspektivdə genişlənməsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Almaniya arasındakı əlaqələr, uzun müddət ərzində strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etmişdir. Bu əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə hər iki ölkənin maraqlarını ön planda tutan bir yanaşma ilə genişlənmişdir. Xüsusilə, son illərdə Azərbaycanın xarici siyasətində Almaniya ilə olan əlaqələr mühüm əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı bugünkü güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoymuşdur. Məhz bundan sonra, Ümumilli Lider xarici siyasətində Avropaya, xüsusən də Almaniyaya xüsusi önəm vermişdir. Heydər Əliyevin rəhbərliyi dövründə, Azərbaycan-Almaniya münasibətləri yalnız diplomatik əlaqələrin qurulmasından ibarət olmayıb, həm də iqtisadi, ticarət və mədəni sahələrdə sıx əməkdaşlıq yaradılmışdır. Bu münasibətlərə əsaslanan zəmin, həmçinin ulu öndər Heydər Əliyevin Qərblə münasibətlərinin inkişafına verdiyi önəm sayəsində möhkəmlənmişdir.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın Almaniya ilə enerji sahəsindəki əməkdaşlığı, xüsusilə də Azərbaycan neftinin Almaniyaya ixracı və enerji resurslarının genişlənməsi, hər iki ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynamışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyev, Almaniyanın təhsil, elm və mədəniyyət sahələrindəki inkişaflarından faydalanmaqla, Azərbaycanın bu sahələrdə irəliləməsinə və müasir biliklərə daha yaxınlaşmasına imkan yaratmışdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı hörmət və faydalı əməkdaşlıq üzərində qurulmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyasını daha da inkişaf etdirmiş və Azərbaycan-Almaniya əlaqələrini yeni bir mərhələyə qədəm qoymasında mühüm siyasi addımalr atmışdır. Prezident İlham Əliyevin fəal xarici siyasəti nəticəsində, Azərbaycan-Almaniya ticarət dövriyyəsi artmış, qarşılıqlı investisiyalar genişlənmiş və strateji tərəfdaşlıq daha da möhkəmlənmişdir. Xüsusilə, enerji sahəsindəki əməkdaşlıq önəmli yer tutmuş, Almaniya şirkətləri Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirmişdir. Azərbaycanın enerji ehtiyatlarının, xüsusən də neft və qazın Almaniya bazarına ixracı məsələsi, bu sahədə iki ölkə arasında dərinləşən əməkdaşlığın nəticəsidir. Bundan əlavə, Prezident İlham Əliyev, Azərbaycanı Qərb dünyasında tanıtmaq üçün diplomatik səyləri gücləndirərək, Almaniya ilə münasibətləri daha da inkişaf etdirmişdir. Bu dövrdə Azərbaycan-Almaniya əlaqələrində mədəniyyət və təhsil sahələri də xüsusi yer tutmuş, hər iki ölkə arasında bu istiqamətlərdə birgə layihələr həyata keçirilmişdir.

Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələri, son illərdə böyük irəliləyişlər əldə etmişdir. 2000-ci illərin əvvəllərindən başlayaraq, iki ölkə arasında ticarət dövriyyəsi artırılmış, enerji, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirilmişdir. Almaniya, Azərbaycanın əsas enerji tərəfdaşlarından biri olaraq qalır və bu sahədəki əməkdaşlıq, hər iki ölkənin iqtisadiyyatını daha da möhkəmləndirmişdir. Almaniya şirkətləri Azərbaycanda yüksək texnologiyalar və müasir infrastruktur layihələrinə sərmayə yatırmışdır. Xüsusilə, avtomobil, maşınqayırma və energetika sahələrində Almaniyanın qabaqcıl şirkətləri ilə birgə fəaliyyətlər mövcuddur. Bu əməkdaşlıq, Azərbaycan iqtisadiyyatının modernləşməsinə və müxtəlif sahələrdə inkişafına mühüm töhfələr verir. Azərbaycanın neft və qaz ehtiyatlarının Almaniya bazarına ixracı və Almaniyanın texnologiya sahəsindəki qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, bu ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsinə gətirib çıxarmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycan-Almaniya ticarət dövriyyəsini daha da artırmış və iqtisadi əlaqələrin genişlənməsinə şərait yaratmışdır.

Azərbaycan-Almaniya münasibətlərində mədəniyyətlərarası əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Almaniya ilə Azərbaycan arasında mədəniyyət mübadiləsi və təhsil sahəsindəki əməkdaşlıq son illərdə əhəmiyyətli inkişaf yolu keçmişdir. Birgə sənət tədbirləri, kino festivalları və müxtəlif mədəniyyət layihələri iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirmişdir. Almaniyada təhsil alan Azərbaycanlı tələbələr və Azərbaycanda təhsil alan Almaniya vətəndaşları arasında əlaqələr qurulmuş, bu, qarşılıqlı anlaşmanı və təcrübə mübadiləsini gücləndirmişdir. Həmçinin, Azərbaycan və Almaniya universitetləri arasında birgə araşdırma layihələri və elmi əməkdaşlıqlar həyata keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan və Almaniya arasındakı əlaqələrdə dövlət başçılarının rəsmi səfərləri mühüm rol oynayır. Bu səfərlər siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafına təkan verir. Azərbaycan və Almaniya liderləri arasında keçirilən görüşlər enerji təhlükəsizliyi, ticarət əlaqələri, investisiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədini güdür.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin 2 aprel 2025-ci il tarixində Azərbaycana rəsmi səfəri, Azərbaycan-Almaniya əlaqələrinin inkişafında çox mühüm bir mərhələdir. Bu səfərin mahiyyəti, sadəcə iki ölkə arasında mövcud olan əlaqələrin möhkəmlənməsi ilə məhdudlaşmır, həm də regional və beynəlxalq miqyasda mühüm strateji nəticələrə gətirib çıxaracaqdır. Bu səfər, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir addım olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında keçirilən görüşlərdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Görüşlərdə əsas diqqət regionda təhlükəsizilik və enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində əməkdaşlığa yönəldilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığından, Almaniya ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi tərəflərin qarşılıqlı maraqlarına uyğundur. Bundan əlavə görüşdə Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün sülh müqaviləsinin əhəmiyyəti vurğulanıb.

Ümumiyyətlə, Almaniya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu sübut edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi, siyasi dialoqun gücləndirilməsi və mədəniyyət sahəsində tərəfdaşlığın inkişafı baxımından bu səfər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Almaniya arasındakı əlaqələr, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçmişdir. Almaniya ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsi olaraq, həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətli nəticələrə yol açmışdır.

Almaniya Prezidentinin 2 aprel 2025-ci il tarixindəki Azərbaycana səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və yeni əməkdaşlıq imkanlarını ortaya qoyacaqdır. Bu səfər, həm iqtisadi, həm də mədəni sahələrdə Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişafına, eləcə də qarşılıqlı maraqlara uyğun yeni layihələrin həyata keçirilməsinə səbəb olacaqdır.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri