Azərbaycan Almaniyada keçiriləcək “GITEX Europe” tədbirində təmsil olunacaq
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov mayın 21-23-də Almaniyanın paytaxtı Berlində keçirilicək “GITEX Europe” tədbirində iştirak edəcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Sədr müavini qeyd edib ki, tədbirdə Azərbaycanın qabaqcıl tənzimləmə yanaşması vasitəsilə fintex innovasiyalarını necə irəli apardığı barədə fikirlərini bölüşəcək: “Yanaşmada rəqəmsallaşma maliyyə sektorunun transformasiyasının əsas hərəkətverici qüvvəsi kimi ön plandadır. Tədbirdə maliyyə xidmətlərinin müasirləşdirilməsi və əlçatanlığının artırılması üçün rəqəmsallaşmanın rolu, daha çevik və effektiv nəzarət üçün risk əsaslı tənzimləmə yanaşmaları, daha ağıllı qərarların və innovasiyaların dəstəklənməsi üçün məlumat və süni intellektin tətbiqi və kiber təhdidlərə davamlı və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan rəqəmsal maliyyə ekosisteminin qurulması kimi mövzulara toxunacam".
“GITEX Europe” tədbiri "GITEX GLOBAL" şəbəkəsinin bir hissəsi kimi bu il ilk dəfə Messe Berlin sərgi mərkəzində keçiriləcək. Tədbir Avropanın texnologiya və startap ekosistemini bir araya gətirərək, rəqəmsal transformasiya və innovasiyaları təşviq etməyi hədəfləyir, süni intellekt, kvant texnologiyaları, kibertəhlükəsizlik, yaşıl texnologiyalar və Web 3.0 kimi sahələrdə ən son yenilikləri təqdim edəcək. Tədbirdə 2 500-dən çox sərgi iştirakçısı, 1 500-dən çox startap və 100-dən çox ölkədən nümayəndələr iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















