Azərbaycan Astanada keçirilən “RES 2026 EXPO” sərgisində öz pavilyonunu təqdim edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 22 aprel, AZƏRTAC
Astanada “RES 2026 EXPO” - Beynəlxalq Yaşıl Texnologiyalar və Davamlı Həllər Sərgisi çərçivəsində Azərbaycanın pavilyonu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ekspozisiyası ekoloji mövzuda tərtib edilib və ziyarətçiləri ölkənin ətraf mühitin qorunması sahəsində gündəmi, eləcə də milli mədəniyyətin ayrı-ayrı elementləri ilə tanış edir.
Pavilyonda Azərbaycanın “Qırmızı Kitab” nəşrləri, həmçinin ekoloji layihələrə və yaşıllaşdırma üzrə təşəbbüslərə həsr olunmuş multimedia materialları təqdim olunur. Ekranlarda müvafiq obyektlər və layihələr barədə vizual materiallar nümayiş etdirilir.
Ekspozisiyanın ayrıca hissəsini dekorativ və toxuculuq nümunələri təşkil edir. Bundan başqa, ziyarətçilərə məlumat və promosiya materialları təqdim olunur.
“RES 2026 EXPO” ekologiya və “yaşıl” iqtisadiyyat sahəsində praktiki həllərin müzakirəsi və tətbiq edilməsi məqsədilə dövlət qurumlarını, biznes dairələrini, investorları, beynəlxalq təşkilatları, elmi və ekspert ictimaiyyətini bir araya gətirən peşəkar platformadır.
30 ölkədən 300-dən çox şirkətin təmsil olunduğu sərgidə 1500-dən artıq nümayəndənin və 20 min peşəkar ziyarətçinin iştirakı gözlənilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 22 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















