Icma.az
close
up
RU
Azərbaycan Atabəylərin qalasına kimlər gəldi? Fotolar

Azərbaycan Atabəylərin qalasına kimlər gəldi? Fotolar

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli filmin qala gecəsi keçirilib. 

Axşam.az xəbər verir ki, ekran işi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyasının, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə çəkilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə mərkəzin foyesində tədbir iştirakçıları üçün bədii hissə təqdim olunub. Film haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir. Ekran əsəri izləyiciləri XII əsr mühitinə apararaq Azərbaycanın şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.

Daha sonra film nümayiş olunub. Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti alqışlarla səhnəyə dəvət olunub.

Bildirilib ki, yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir. Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib. 500-ə yaxın xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə, rekvizit və aksesuar istehsal edilib və ya satın alınıb.Çıxışçılar filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.

Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Bədii-sənədli filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gətirilən film dekabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq.

Foto: Orxan Şərəfxanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri