Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə daha beş medal qazanıblar
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq turnirinin ikinci günündə daha beş medal qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün yarışlar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edib.
2011-2012 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında Mustafa Vəlizadə bürünc mükafat qazanıb.
Eyni məsafəyə yarışda 2009-2010 təvəllüdlülər arasında Əlimurad Hacızadə gümüş medala sahib çıxıb.
2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə ediblər.
Nəhayət, 2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.
Qeyd edək ki, turnir mayın 2-də başa çatacaq. Ötən gün Suqovuşandakı yarışda idmançılarımız 3 bürünc mükafat əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 May 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















