Icma.az
close
up
RU
“Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib” Kamaləddin Qafarov

“Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib” Kamaləddin Qafarov

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Keçən ilin sonlarında 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ verildikdən dərhal sonra Qərbin müəyyən ölkələrində olan anti-Azərbaycan qüvvələri də hərəkətə keçdilər. Bu qüvvələrin yeganə məqsədi ölkəmizə göstərilən yüksək etimadın səhv qərar olduğuna dair beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaq və COP29-u boykot etmək oldu”.


Sfera.az xəbər verir ki, bu sözləri Bakıda öz işinə başlamış COP29-la bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili sözünə davam edərək bildirib ki, bu məqsədlə digər ölkələrə dərs keçməyi və siyasi riyakarlığı özlərinin əsas fəaliyyət prinsipləri kimi müəyyən etmiş müəyyən Qərb ölkələrindəki bəzi siyasətçilər dövlət nəzarətində olan QHT-ləri və dezinformasiyalar üzərində ixtisaslaşmış medianı səfərbər etdilər.” Azərbaycanın demonizasiyası bu qüvvələrin əsas amalına çevrildi. Lakin bütün bu səylər heç bir nəticə vermədi. COP29 artıq öz işinə başlayıb və biz indidən əminliklə deyə bilərik ki, bu sessiya bütün bəşəriyyət üçün çox önəmli nəticələrə gətirib çıxaracaq. COP29-un Liderlər Sammitinin açılış mərasimdə söylədiyi nitqində cənab Prezident İlham Əliyev bütün bu məqamlara detallı şəkildə toxundu. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Cənab Prezident son bir ildə boykotu təşviq edən qüvvələrə də öz mesajını göndərdi. Onların diqqətinə çatdırıldı ki, Bakıda keçirilən COP29-a qarşı boykot kampaniyası tam iflasa uğradı. Bu gün Azərbaycanda COP29-un 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçısı vardır ki, onlardan da 80 nəfəri Prezidentlər, Vitse-prezidentlər və Baş nazirlərdir. Bu, anti-Azərbaycan qüvvələrin növbəti planlarının tam fiaskosu deməkdir”


K.Qafarov qeyd edib ki, Azərbaycanın coğrafi yerləşməsi ona bir sıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcə özünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqların mənafeylərinə uyğun yararlanmağı ehtiva edir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdə enerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən də Azərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində də önəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyaya nümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir” .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri