Icma.az
close
up
RU
Azərbaycan Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilib

Azərbaycan Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmiz beynəlxalq nəqliyyat və logistika sistemində mühüm mövqeyə malikdir. Əsasəndə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə ölkəmiz artıq əvəzolunmaz tərəfdaş kimi qəbul olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən strateji layihələr və uzaqgörən siyasi qərarlar nəticəsində ölkəmiz Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevrilmişdir.

Bizim nəqliyyat dəhlizləri üzrə fəaliyyətimiz xüsusilə müstəqillik illərində daha da sürətlənmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində fəal iştirakının əsasını qoymuşdur. Onun təşəbbüsü ilə ölkəmiz regional əməkdaşlıq layihələrinə qoşulmuş, Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən nəqliyyat xətlərinin formalaşmasına töhfə vermişdir. Bu siyasət sonrakı illərdə də uğurla davam etdirilmişdir.

Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmiz nəqliyyat və logistika sahəsində mühüm regional mərkəzə çevrilmişdir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir:

“Azərbaycan yerləşdiyi coğrafi mövqedən səmərəli istifadə edərək Şərqlə Qərb arasında, eləcə də Şimalla Cənub arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmişdir.”

Şərq–Qərb nəqliyyat dəhlizi qədim İpək yolu ənənələrinin müasir dövrdə yenidən canlandırılması kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. Bu dəmir yolu xətti Asiya ilə Avropanı birləşdirən mühüm logistika arteriyası kimi fəaliyyət göstərir və Azərbaycanı beynəlxalq yükdaşımalarının əsas tranzit ölkələrindən birinə çevirir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Şərq–Qərb marşrutunun əsas qovşaqlarından biridir.

Prezident İlham Əliyev bu layihələrin əhəmiyyətini belə ifadə etmişdir:

“Biz nəqliyyat infrastrukturuna böyük sərmayələr qoymuşuq və bunun nəticəsində Azərbaycan bu gün beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevrilmişdir.”

Şimal–Cənub nəqliyyat dəhlizi də Azərbaycan üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Bu dəhliz Hind okeanı hövzəsindən başlayaraq İran, Azərbaycan və Rusiya üzərindən Avropaya qədər uzanan geniş bir logistika marşrutunu əhatə edir. Bu layihə çərçivəsində Azərbaycanda yeni dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri inşa edilmişdir. Xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyev bu dəhlizin əhəmiyyətini vurğulayaraq demişdir:

“Şimal–Cənub nəqliyyat dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.”

Son illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yeni nəqliyyat infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində inşa edilən yollar, dəmir yolları və hava limanları ölkəmizin regional nəqliyyat sistemində rolunu daha da artırır. Bu layihələr Azərbaycanın nəqliyyat-logistika potensialını genişləndirərək onu Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirir.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi strateji layihələr nəticəsində ölkəmiz bu gün Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşa çevrilmişdir. Bu dəhlizlər yalnız iqtisadi əlaqələrin inkişafına deyil, həm də regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr gələcəkdə də ölkəmizin beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da gücləndirəcəkdir.

Elnarə Vəlibəyli

YAP Şərur rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri