Azərbaycan Avropa Kubokunda 8 idmançı ilə təmsil olunur
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mayın 12-də Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında kamandan oxatma üzrə Avropa kuboku turnirinə start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.
Ümumilikdə 18 ölkədən 204 idmançının qatıldığı beynəlxalq turnirin açılış mərasimi və məşq sessiyaları mayın 12-də baş tutub. Bu gün oxatanlar sıralama turuna başlayıblar.
Qeyd edək ki, Avropa Kubokuna mayın 17-də yekun vurulacaq.
Baxış sayı:119
Bu xəbər 13 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















