Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı niyə dayandırdı? Açıqlama

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı niyə dayandırdı? Açıqlama

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur. Çıxışda həm regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq institutların bu prosesə münasibətdə sərgilədiyi fərqli yanaşmalar aydın şəkildə ifadə olunub”.

Bu sözləri Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsidir:

“Bu fakt, formal diplomatik jestdən daha çox, post-münaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər, belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsi hesab oluna bilər. Bu yanaşma, həm də Azərbaycanın irəli sürdüyü tarazlı platforma prinsipinin qəbul edildiyini göstərir. Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığı, konkret iqtisadi nəticələrlə müşayiət olunduğu da çıxışda xüsusi vurğulandı. Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması və qısa müddətdə 28 min ton yük daşınmasının təmin edilməsi, regionda iqtisadi inteqrasiyanın real əsaslarının formalaşdığını göstərir. Daha diqqətçəkən məqam isə Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsidir. Bu addım klassik rəqib ölkələr arasında iqtisadi əməkdaşlığın başlanğıcı kimi deyil, daha çox qarşılıqlı asılılıq üzərindən sabitliyin möhkəmləndirilməsi strategiyası kimi qiymətləndirilməlidir. Bu kontekstdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan nəqliyyat təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək bu marşrut, eyni zamanda Orta Dəhlizin tərkib hissəsi kimi Avrasiya nəqliyyat xəritəsində yeni dinamika yaradır. Layihə yalnız regional deyil, qlobal logistika baxımından da strateji əhəmiyyətə malikdir. Ermənistan üçün isə bu, uzun illər davam edən iqtisadi izolyasiyadan çıxış imkanı deməkdir.

Beləliklə, sülh prosesi ilk dəfə olaraq dividend gətirən mexanizmə çevrilir”.

Deputat qeyd edib ki, çıxışda Avropa institutlarına münasibətdə fərqli yanaşmalar da diqqəti cəlb edir:

“Avropa Komissiyasının konstruktiv mövqeyi xüsusi qeyd olunsa da, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə kəskin tənqidi münasibət bildirildi. Azərbaycanın arqumenti ondan ibarətdir ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq əvəzinə, siyasi qərəz və ikili standartlar əsasında qərarlar qəbul edirlər.

Xüsusilə 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən tətbiq olunan məhdudiyyətlər rəsmi Bakı tərəfindən selektiv yanaşma kimi qiymətləndirilir. Avropa Parlamentinə yönələn tənqidlər konkret onların qəbul etdiyi qətnamələr ilə bağlıdır. Qısa müddət ərzində qəbul edilmiş çoxsaylı qətnamələr artıq institusional qərəzin göstəricisinə çevrilib. Burada əsas arqument ondan ibarətdir ki, Avropa Parlamenti öz daxilində mövcud olan fundamental problemləri həll etmək əvəzinə, xarici siyasi gündəlik üzərindən populist mövqe sərgiləyir”.

T.Mirkişili vurğulayıb ki, nəticə etibarilə, Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığı dayandırmaq qərarı, diplomatik təzyiqlərə qarşı institusional cavab kimi qiymətləndirilir:

“Bütün bu ziddiyyətlər fonunda Azərbaycanın əsas xətti dəyişməz qalır: sülh gündəliyinə sadiqlik. Prezident İlham Əliyevin çıxışının yekun hissəsində vurğulanan bu məqam, Bakının strateji prioritetinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulduğunu göstərir. Ermənistan rəhbərliyinin də verdiyi açıqlamalar fonunda bu mövqe qarşılıqlı şəkildə təsdiqlənir”.

Deputatın fikrincə, “Avropa Siyasi Birliyi” platformasında səsləndirilən bu mesajlar bir neçə mühüm nəticəni ortaya qoyur:

“Birincisi, Cənubi Qafqazda sülh artıq abstrakt məqsəd deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə müşayiət olunan reallıqdır. İkincisi, regionda formalaşan yeni nizam beynəlxalq aktorların yanaşmalarını da yenidən nəzərdən keçirməyə məcbur edir. Üçüncüsü isə, Azərbaycan bu prosesdə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar və gündəm formalaşdıran aktor kimi çıxış edir. Belə bir şəraitdə əsas sual ondan ibarətdir: beynəlxalq institutlar regionda yaranan yeni reallıqları qəbul edib konstruktiv mövqe sərgiləyəcəklər, yoxsa mövcud ziddiyyətlər sülh prosesinin institusional müstəvidə ləngiməsinə səbəb olacaq? Hazırkı mərhələdə görünən odur ki, regional dinamika artıq geriyə dönüşü çətin olan bir mərhələyə daxil olub və bu dinamikanın əsas hərəkətverici qüvvəsi məhz praqmatik əməkdaşlıqdır”.

Lalə,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 May 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri