Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin illik iclasında təmsil olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Lüksemburq Böyük Hersoqluğuna işgüzar səfər edib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qurum əməkdaşı Lüksemburq Standartlaşdırma, Akkreditasiya, Məhsul və Xidmətlərin Təhlükəsizliyi və Keyfiyyəti İnstitutu (ILNAS) tərəfindən təşkil edilən Avropa Standartlaşdırma Komitəsinin (CEN) Baş Assambleyasının 61-ci iclasında, o cümlədən Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC) ilə birlikdə təşkil edilən 17-ci sessiyada iştirak edib.
İllik iclasa CEN və CENELEC-in üzvu olan 34 milli standartlaşdırma qurumunun, eləcə də Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri qatılıblar.
İclas çərçivəsində CEN və CENELEC-in 2030-a dair strateji hədəfləri üzrə əldə olunmuş nəticələr, idarəetmə hesabatları və gələcək görüşlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Standartlardan Uğura” və “Standartlaşdırmada Rəqəmsal Transformasiya” mövzularında panel müzakirələri keçirilib. Müzakirələr zamanı standartlaşdırmanın innovasiyaların tətbiqi və davamlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.
Baxış sayı:37
Bu xəbər 01 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















