Icma.az
close
up
RU
Azərbaycan Avropada təmiz idmanın qorunmasına töhfə verməkdə davam edir

Azərbaycan Avropada təmiz idmanın qorunmasına töhfə verməkdə davam edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Paris şəhərində Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə  Məsləhətçi Qrupunun (T-DO SCI) növbəti görüşü keçirilib. Avropa Şurasının ofisində təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Efendiyev təmsil edib.

10-dan artıq ölkədən milli antidopinq təşkilatlarının nümayəndələri və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təmsilçiləri – 2025–2027-ci illər üçün elmi prioritetləri müəyyənləşdirmək məqsədilə bir araya gəlib. Gündəlikdə Qrupun prioritet sahələrinin nəzərdən keçirilməsi, yaxınlarda keçirilmiş sorğunun nəticələri və fəaliyyət planı ilə bağlı müzakirələr yer alıb.

Görüş çərçivəsində, həmçinin 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara elmi töhfələrin verilməsi məsələsi, laboratoriyalarla bağlı yeniliklər, texniki sənədlər və növbəti Məcəllə islahatı dövründə planlaşdırılan əsas dəyişikliklər müzakirə olunub. 2026-cı ildə MEDICRIME Konvensiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək “Qadağan edilmiş maddələr üzrə Beynəlxalq Konfrans”a hazırlıq da diqqət mərkəzində olub. 

Tədbir yeni alətlər, o cümlədən “Antidopinq Sorğusu üzrə Dinamik Panel” və digər vasitələrin təqdimatı ilə araşdırmaların koordinasiyasına dair sessiya ilə yekunlaşıb.

Görüş Avropada təmiz idmanın qorunması və ictimai sağlamlığın təmin olunması üçün elmə əsaslanan siyasətlərin əhəmiyyətini bir daha təsdiqləyib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see179

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri