Icma.az
close
up
RU
Azərbaycan Avropanın Ağırlıqqaldırma Mərkəzi statusuna namizəddir İdman və Biz

Azərbaycan Avropanın Ağırlıqqaldırma Mərkəzi statusuna namizəddir İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Dekabr ayının 3-də Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə bir çox məsələlərlə yanaşı qurumun Beynəlxalq Tədris Mərkəzlərinin hansı ölkələrdə qurulması da müzakirə edilib.

Gündəliyə Avropa, Asiya, Afrika, Amerika və Okeaniya üzrə seçimlərin edilməsi salınıb. İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da qatıldığı iclasda Azərbaycanın namizədlik təqdimatı edilib. Öncə Kamran Nəbizadə çıxış edərək dəvət və federasiyamıza bu layihədə iştirak imkanı üçün beynəlxalq quruma təşəkkür edib və göstəriləcək etimadı doğruldacaqlarına əmin olduğunu qeyd edib.

Daha sonra təqdimata start verilib. Burada IWF-in Avropa üzrə BTM-ni təşkil etmək istəyən ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri və digər üstünlükləri, həmçinin Azərbaycanda başda Cənab Prezident İlham Əliyev olmaqla idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.

Sonra Mariana Vasileva çıxış edib. O, IWF-lə əlaqələri yüksək qiymətləndirdiklərini, qurumun tədris məsələlərinə bu qədər önəm vermələrini təqdir etdiklərini bildiriblər. Vasileva qeyd edib ki, Gənclər və İdman nazirliyi bu layihənin dəstəkçisidir və BTM-in qurulmasını Azərbaycan ağırlıqqaldırması və ümumən idmanının inkişafı istimaqətində vacib addım sayır.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və İcraiyyə Komitəsinin digər üzvləri Azərbaycan, onun idmanı, burada idmana ən yüksək səviyyədə göstərilən diqqəti xüsusi fərqləndirib və uğurlar arzulayıblar.

Dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı bu hüququ əldə etmək üçün Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Avstraliya iddialıdır.

BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı ASK Arenada yerləşəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri