Icma.az
close
up
RU
Azərbaycan avtomobil bazarında idxal 40 faizdən çox azalıb SƏBƏB NƏDİR?

Azərbaycan avtomobil bazarında idxal 40 faizdən çox azalıb SƏBƏB NƏDİR?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil bazarında cari ilin ilk dörd ayının rəsmi statistikası sektor üçün olduqca ciddi dönüş mərhələsinin başladığını göstərir. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin yanvar-aprel ayları ərzində ölkəyə gətirilən avtomobil sayında azalma var. Ümumilikdə həmin dövrdə ölkəyə cəmi 21 120 ədəd avtomobil gətirilib. Ən nəzərəçarpan geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk dörd ayında ölkəyə 30 824 minik avtomobili idxal edildiyi halda, bu ilin eyni dövründə sözügedən rəqəm 18 287-yə düşüb. Bu isə minik nəqliyyat vasitələrinin idxalında 12 537 ədəd, yəni 40,7%-lik azalma deməkdir.

"Ölkə.az" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Böyük həcmdə avtomobil idxal edilib"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, avtomobil idxalının azalmasının bir neçə səbəbi var: "Əsas səbəblərdən biri ötən il tətbiq olunan güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi ilə bağlıdır. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq böyük həcmdə avtomobil idxal edib müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxladılar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi bu gün də satışdadır. Nəticədə, ötən ilin sonlarında həyata keçirilən yüksək idxal həcmi cari ilin idxal göstəricilərinə təsir edib və bazarın tələbatının bir hissəsini əvvəlcədən qarşılayıb".

E.Əliyev bildirir ki, digər mühüm amil isə alıcıların davranışı ilə bağlıdır: "Hər il olduğu kimi, yeni avtomobil almaq istəyənlərin bir qismi ilin ilk aylarında - yanvar, fevral və martda alış qərarını təxirə salır. Bunun səbəbi alıcıların istehsal ili cari ilə uyğun olan avtomobillərə üstünlük verməsidir. Çünki bu, gələcək satış zamanı avtomobilin dəyərinin qorunmasına müsbət təsir göstərir. Son illərdə qüvvədə olan güzəştlər bu tendensiyanı zəiflətsə də, artıq bazarda əvvəlki davranış modeli yenidən müşahidə olunur".

"Avtomobil gətirmək sərf etmir"

Sədrin fikrincə, hazırda bazarda fərdi şəxslər tərəfindən gətirilmiş, rəsmi zəmanət və servis xidməti olmayan avtomobillərin bir qisminin hətta ötənilki qiymətlərdən daha aşağı qiymətə satıldığı müşahidə edilir: "Bu isə həmin avtomobillərə investisiya yatırmış şəxslərin gözlədikləri müddətdə və qiymətlə satış həyata keçirə bilmədiklərini göstərir. Əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satılırdısa, indi bəzi hallarda avtomobillər aylarla alıcı gözləyir. Bu vəziyyət investorların risklərini artırır və nəticədə onlar avtomobilləri daha aşağı qiymətlərlə satışa çıxarmağa məcbur olurlar".

"Söhbət daha çox müvəqqəti durğunluqdan gedir"

E.Əliyev qeyd edir ki, idxalın azalmasına təsir edən digər amil taksi parklarının yenilənməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Taksi fəaliyyəti üçün nəzərdə tutulan kvotalar və limitlər səbəbindən əvvəlki illərlə müqayisədə bu istiqamətdə avtomobil idxalı da azalıb. Bununla belə, mövcud vəziyyətin uzunmüddətli xarakter daşıdığını söyləmək doğru olmaz: "İlin ikinci rübünün sonlarından etibarən idxal tempi yenidən artmağa başlayacaq. Bunun əsas səbəbi ölkənin avtomobil parkının yaşlı olmasıdır. Köhnə avtomobillər dövriyyədən çıxarıldıqca onların yerini yeni avtomobillər tutmalıdır. Bu baxımdan, hazırkı azalma bazar üçün faciəvi və ya kritik vəziyyət deyil. Söhbət daha çox müvəqqəti durğunluqdan gedir və bazarın yaxın dövrdə yenidən aktivləşəcəyi gözlənilir".

"Vətəndaşlar daha ehtiyatlı qərar verirlər"

İqtisadçı Asif İbrahimovun sözlərinə görə, 40,7 faizlik azalma bazarda diqqətlə izlənilməsi vacib olan tendensiyadır. Lakin bu göstəricini avtomobilə olan marağın azalması kimi xarakterizə etmək doğru olmaz: "Mövcud vəziyyətin formalaşmasında iqtisadi, maliyyə və bazar amillərinin kompleks təsiri var. İlk növbədə nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanda avtomobil idxalı rekord həddə çatmışdı. Xüsusilə 2023-2025-ci illərdə yeni və hibrid avtomobillərə olan yüksək tələbat bazarın müəyyən dərəcədə doyma mərhələsinə keçməsi ilə nəticələnib. Bu səbəbdən, əvvəlki illərdə müşahidə olunan yüksək idxal tempinin eyni sürətlə davam etməsi onsuz da gözlənilən deyildi".

A.İbrahimovun fikrincə, idxalın azalmasına təsir göstərən digər mühüm amil isə əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Son dövrlərdə avtomobil qiymətlərində, kredit faizlərində, eləcə də sığorta və istismar xərclərində artım müşahidə olunur: "Bu isə vətəndaşları daha ehtiyatlı qərar verməyə, yeni avtomobil alışını təxirə salmağa və ya daha münasib qiymətli alternativlərə üstünlük verməyə vadar edir. Paralel olaraq, bazarda "ikinci əl" avtomobillərə marağın artması da geriləmənin əsas səbəblərindən biridir. Yeni avtomobillərin bahalaşması fonunda bir çox alıcı daha sərfəli seçim kimi işlənmiş nəqliyyat vasitələrinə yönəlir. Qeyd edək ki, bu tendensiya yalnız Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. Xarici amilləri də unutmaq olmaz. Qlobal avtomobil bazarında istehsalçıların qiymət siyasəti, logistika xərclərinin artması, valyuta məzənnələri, beynəlxalq daşıma tarifləri və təchizat zəncirindəki dəyişikliklər avtomobil idxalının həcminə birbaşa təsir göstərir. Eyni zamanda, bəzi istehsalçıların kütləvi şəkildə elektromobil və hibrid modellərə keçidi bazarda ciddi struktur dəyişiklikləri yaradır".

"Uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir"

İqtisadçı bildirir ki, hazırkı azalmanı hələlik uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir. Avtomobil bazarı mövsümi xarakter daşıyır və iqtisadi dəyişikliklərə qarşı olduqca həssasdır: "İlin ikinci yarısında kredit bazarındakı aktivlik, yeni modellərin satışa çıxarılması, stimullaşdırıcı kampaniyalar və istehlakçı davranışlarındakı müsbət dəyişikliklər vəziyyəti asanlıqla dəyişə bilər. Hazırkı azalma, əslində, bazarın yüksək artımdan sonra "normallaşma" mərhələsinə keçdiyini göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyun 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri