Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 28 faizdən çox artırıb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 169 milyon 147,43 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 milyon 689 min ABŞ dolları və yaxud 28,32 % çoxdur.
9 ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,94 %-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















