Icma.az
close
up
RU
Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər

Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən böyük avtomobil akkumulyatoru markalarından olan Çinin "Camel" brendi və yapon keyfiyyətinin ifadəsi olan "Rizing" motor yağları Azərbaycanda rəsmi təqdim olunmağa başlayıb. Asiyanın bu iki məşhur brendini ölkəmizə 30-dan çox premium brendin rəsmi təmsilçisi olan "Azinterservice Co" şirkəti gətirib.

"Camel" akkumulyatorlarının istehsalçısı "Camel Group Co Ltd" şirkətinin və Yaponiyanın məşhur yağ və sürtkü materialları istehsalçısı olan "Chugai Yukagaku Kogyo Co. Ltd" şirkətinin nümayəndələri ilə Bakıda keçirilən imza mərasimi və görüşə 200-dək yerli iş adamı, avtomobil sektorunun təmsilçiləri də qatılıblar.

"Azinterservice Co" şirkətinin həmtəsisçisi İsmayıl Məmmədov qonaqları və iştirakçıları təmsil etdiyi şirkətin 30 illik fəaliyyəti haqqında məlumatlandırıb. Asiyanın 1-ci, dünyanın isə 3-cü ən böyük avtomobil akkumulyatorları istehsalçısı olan "Camel Group Co LTD" şirkətinin məhsullarının Azərbaycan avtomobil sahibləri üçün yüksək rəqabət qabiliyyətinə malik olduğunu bildirib. İsmayıl Məmmədov əlavə edib ki, Asiya ölkələrində bir neçə böyük istehsal və araşdırma-inkişaf müəssisələri olan bu şirkət ABŞ-nin Miçiqan ştatında da BMW avtomobillərini akkummulyator batareyaları ilə təchiz etmək üçün zavod açıb.

"Yaponiyada istehsal olunan orijinal mühərrik yağlarına Azərbaycan bazarında çox nadir hallarda rast gəlmək olar. Ölkəmizdə Yaponiya istehsalı adı ilə təqdim edilən yağ brendlərinin əksəriyyəti əslində bu ölkə ilə heç bir əlaqəsi olmayan markalardır. "Rizing" brendi isə orijinal yapon istehsalı olan məhsulları ilə geniş çeşiddə Asiya avtomobillərinin istehsalçı yağ tələblərinə tam cavab verməklə avtomobil sahiblərinin keyfiyyət gözləntilərini qarşılayacaq", - bu fikirləri "Azinterservice Co" şirkətinin direktoru Azər Məmmədov səsləndirib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan avtomobil bazarının iştirakçıları hər iki yeni brendin məhsullarını "Azinterservice Co" şirkətinin anbarından sifariş edib, avtomobil sahiblərinə satışını həyata keçirə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri