Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 fevral, AZƏRTAC
Badminton üzrə Azərbaycan milli komandası Bakıda ilk dəfə keçiriləcək qarışıq komandaların Avropa çempionatına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, hazırlıqda yığmanın baş məşqçisi Morteza Validarvinin rəhbərliyi altında 16 idmançı iştirak edir.
Fevralın 11-dək davam edəcək təlim-məşq toplanışına Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə cəlb olunublar.
Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















