Icma.az
close
up
RU
Azərbaycan badminton üzrə Avropa çempionatında ilk dəfə 4 kateqoriyada təmsil olunacaq

Azərbaycan badminton üzrə Avropa çempionatında ilk dəfə 4 kateqoriyada təmsil olunacaq

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan badmintonu tarixində daha bir ilk yaşanacaq.

Futbolpress.az xəbər verir ki, 2025-ci ilin 8-13 aprel tarixlərində Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.

Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo 25537 xalla, Avropa çempionatına vəsiqəni təmin edib.
Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında İngiltərə və Danimarkadan olan rəqiblərini məğlub etməklə reytinq xallarını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra isə qadınların şəxsi mübarizəsində qitə çempionatında iştirakını təmin edib.
Hər iki badmintonçu püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.

Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov – Diki Pangestu tandeminin topladığı 14595 reytinq xalı da müvafiq kateqoriya üzrə apreldə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün yetərli olub.

Qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva 10171 reytinq xalı ilə adlarını Avropa çempionatına yollanacaq badmintonçular siyahısına yazdırmağı bacarıb.

Badmintonçuların qoşa kateqoriyalarda qitə çempionatına vəsiqə qazanmasında həlledici rolu Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında iştirakı rol oynayıb.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Fevral 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri