Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200 ə yaxın təminatsız əqd bağlayıb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin I rübündə Azərbaycan bankları “Bloomberg” ticarət sistemində banklar ümumi dəyəri 22,6 milyard manat olan 1 162 ədəd təminatsız əqd bağlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasət icmalı"nda bildirilir.
Sənədə əsasən, bu əməliyyatların məbləğ olaraq 94 %-i 1-3 günlük olub.
Yanvar-mart aylarında banklararası repo bazarında isə ümumi dəyəri 2,4 milyard manat olan 133 əqd bağlanılıb. Bu əqdlərin məbləğ olaraq 11 %-i 1-3 günlük, 87 %-i isə 6-8 günlük əməliyyatlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin məbləği 1,7 dəfə, banklararası repo bazarındakı əməliyyatların məbləği isə 2,1 dəfə artmışdır.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda yüksək aktivlik müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















