Azərbaycan banklarına qoyulan depozitlərin məbləği artıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 433,5 milyon manat təşkil edib.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəli ilə müqayisədə 2,9 %, ötən ilin eyni dövrünə nisbətən 10,4 % çoxdur.
Bunun 56,1 %-i, yaxud 23 milyard 230,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 14 milyard 853 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,3 % artaraq 3 milyard 350,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 128,2 milyon manatı (il ərzində 1,4 % azalıb) qısamüddətli, 18 milyard 305,2 milyon manatı (30 % artıb) isə uzunmüddətli olub.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















