Azərbaycan Banqladeşlə neft tədarükü müqaviləsi imzalayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Banqladeş SOCAR-la neft tədarükü müqaviləsi imzalayıb.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud bildirib.
Nazirin sözlərinə görə, Banqladeş enerji təhlükəsizliyini gücləndirmək və təchizat mənbələrini şaxələndirmək üçün yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirir.
“Biz SOCAR ilə neft məhsullarının alınmasına dair müqavilə imzalamışıq. Eyni zamanda, LNG tədarükü məsələsini də müzakirə edirik”, - deyə o qeyd edib.
İ. H. Mahmud bildirib ki, ölkədə təbii qaz hasilatı daxili tələbatı tam ödəmədiyi üçün Banqladeş LNG idxalını artırmağa məcburdur. Onun sözlərinə görə, qlobal bazarlarda LNG qiymətlərinin yüksəlməsi dövlət büdcəsinə əlavə yük yaradır.
Nazir əlavə edib ki, Banqladeş 2030-cu ilədək 10 min MVt günəş enerjisi gücü yaratmağı hədəfləyir. Bu, enerji idxalından asılılığın və subsidiyalara olan təzyiqin azaldılmasına kömək etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 İyun 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















