Icma.az
close
up
RU
Azərbaycan bayrağı Nyu York səmasına qaldırılıb

Azərbaycan bayrağı Nyu York səmasına qaldırılıb

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5-ci ildönümü və 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin dövlət bayrağı qaldırılıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, üçrəngli bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb.

Bayraq qaldırma mərasimi Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Bu münasibətlə nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkında təşkil olununan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.

Çıxışlarda 8 Noyabr – Zəfər gününün tarixi əhəmiyyətindən danışılıb, artıq beş ildir ki, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi qələbənin qürur və sevincini yaşadığı qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi. Azərbaycan xalqı öz canları və qanları hesabına böyük qələbəni var edən şəhidləri ilə tarix yazdı. Vətən uğrunda canlarınl fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Daha sonra üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Mərasim yerli əhali və turistlərin də diqqətini çəkib, onlar bayrağımızın fonunda şəkil çəkdiriblər. Həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Noyabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri