Azərbaycan benzini Ermənistana çatdı Tarixi tranzit tamamlandı
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
SOCAR istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb.
Bakupost.az xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyanın sosial şəbəkədə yazığı məlumata görə, ümumi həcmi təxminən 1 300 ton olan yük Ermənistan-Gürcüstan sərhədini keçib.
Nazir vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında sülh bağlandıqdan sonra ilk iqtisadi-ticarət əməliyyatdır və iki ölkənin müstəqilliyini əldə etdikləri dövrdən bu yana ilk oxşar razılaşmadır.
Xatırladaq ki, bu daşınma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilib.
Benzin Bakıdan Gəncəyə, oradan Böyük Kəsik sərhədini keçib. Daha sonra Qarda¬bani Tiflis marşrutu üzrə və Sadaxlı–Ay¬rım sərhədindən Ermənistana ötürülüb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Azərbaycan Ermənistana benzini neçəyə satıb?
18 Dekabr 2025 22:40
Azərbaycan benzini Ermənistana necə kömək edib?
06 Yanvar 2026 18:29
Bakıdan göndərilən yük Ermənistana çatdı
19 Dekabr 2025 14:34
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 14:02
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
01 Fevral 2026 15:46
Baxış sayı:65
Bu xəbər 19 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















