Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? Tam siyahı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 34 min 495,8 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edilib.
Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 66 sent (1,13 manat) olub.
Azərbaycan “Aİ-95” markalı benzini ən çox Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) alıb. Benzini ən baha qiymətə isə Yunanıstandan idxal edib.
Azərbaycana “Aİ-95” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:
BƏƏ – 9 min ton (1 litri – 1,10 manata);
Belarus – 6 min 928,6 ton (1 litri – 1,12 manata);
Rusiya – 6 min 825,8 ton (1 litri – 1,13 manata);
Yunanıstan – 6 min 33,5 ton (1 litri – 1,16 manata);
Qazaxıstan – 2 min 990,2 ton (1 litri – 1,13 manata);
Rumıniya – 2 min 717,6 ton (1 litri – 1,13 manata).
Onu da qeyd edək ki, 2024-cü il iyulun 15-dən Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 manatdan 1,6 manata endirilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?
15 Sentyabr 2025 11:44
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? Tam siyahı
14 Sentyabr 2025 16:32
Azərbaycan qələmi hansı ölkələrdən və neçəyə alır? Siyahı
04 Sentyabr 2025 18:43
Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? Tam siyahı
16 Fevral 2025 18:49
Azərbaycan təbii qazı hansı ölkələrdən neçəyə alıb, neçəyə satır? Tam siyahı
20 Noyabr 2024 16:41
Baxış sayı:559
Bu xəbər 16 Aprel 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















