Azərbaycan beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşını təhvil verib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşını təhvil verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tacikistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















