“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Reyting.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd, yəni 100 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
06 Dekabr 2024 14:49
Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır
06 Dekabr 2024 14:58
Azərbaycan bankı 15 milyon dollarlıq istiqraz buraxır
15 Dekabr 2024 09:05
Azərbaycan Beynəlxalq Bankı CƏRİMƏLƏNDİ
19 Noyabr 2024 19:03

