Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Büroya üzv olub

Azərbaycan Beynəlxalq Büroya üzv olub

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi olaraq üzv dövlət statusu əldə edib. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən "Cebheinfo.az"a bildirilib ki, bununla, ölkəmiz BIPM-də 2015-ci ildən bəri sahib olduğu assosiativ üzvlükdən üzv dövlət statusuna keçid edib.

Həmin vaxtdan təməli qoyulmuş bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 iyul 2026-cı il tarixində "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi ilə başa çatıb.

Məlumat üçün bildirək ki, Metrik Konvensiyaya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.

Yeni status Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) beynəlxalq metrologiya sahəsində fəaliyyət imkanlarını genişləndirir. 

Bu status ilə ölkəmiz metrologiya sisteminin beynəlxalq səviyyədə tanınması, beynəlxalq metroloji qərarların formalaşdırılmasında bilavasitə iştirak, milli metrologiya infrastrukturunun BIPM sisteminə inteqrasiyası və kalibrlənmə xidmətlərindən ödənişsiz yararlanma, eləcə də milli etalon bazası Qeyd edək ki, AzMİ indiyədək BIPM-in əsas və kalibrlənmə imkanlarının qabaqcıl təcrübə və biliklərə əsaslanaraq inkişaf etdirilməsi imkanı əldə edir.

Tutuşdurmalara dair məlumat bazasında (KCDB) 35 kalibrlənmə və ölçmə imkanını (CMC) qeydiyyata aldırıb, 11 beynəlxalq tutuşdurmada iştirak edib. Bundan əlavə, AzMİ Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlıq Təşkilatının (COOMET) üzvü kimi “Milli Etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişdə (CIPM MRA) təmsil olunub. 

Qeyd: Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri