Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi təqdim olunur Deputat

Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi təqdim olunur Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Prezidentin BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında ən yüksək tribunadan səsləndirdiyi fikirləri bir vətəndaş olaraq yüksək dəyərləndirir və bununla qürur duyuram. Çünki Azərbaycan artıq dünyaya sülh gündəliyi ilə çıxış edən, münaqişələrdən uzaq dayanan bir dövlət kimi təqdim olunur. Digər dünya liderlərinin müharibə və münaqişə çağırışları fonunda, Prezident BMT tribunasından Azərbaycanın sülh gündəliyini çatdırdı. Bu gündəlik Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasından kənara çıxaraq Cənubi Qafqazda sülh mühitinin yaradılmasına, Avrasiya qitəsində təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihələrin reallaşmasına yönəlmişdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından danışarkən bildirdi.

"Çıxışda qitələrarası strateji tərəfdaşlıq elementləri də xüsusi yer aldı. Xüsusilə Azərbaycan-ABŞ arasında əməkdaşlığın inkişafı, bu istiqamətdə xartiyanın hazırlanması üzrə işçi qrupunun yaradılması məsələsi qeyd olundu. Bu, Azərbaycanın qitələrarası əhəmiyyətli rol oynayan bir dövlət kimi beynəlxalq münasibətlər sistemində nümunəvi mövqeyə malik olduğunu göstərir. Dövlətin ərazisinin kiçik, əhalisinin az olmasına baxmayaraq, Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş və nüfuz sahibi kimi çıxış edir.

Çıxışda Qarabağ münaqişəsinə tarixi nəzər salındı. Lakin artıq bu səhifənin qapanması vurğulandı və post-münaqişə dövrünün yeni çağırışları önə çəkildi. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, kommunikasiyaların açılması, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən layihələr, Avropaya qaz ixracının və interkonnektorların artırılması ilə bağlı fikirlər səsləndirildi. Ərəb dünyası ilə əməkdaşlıq, Suriyanın bərpasında iştirak, Birləşmiş Ərəb Əmirliyi və digər dövlətlərlə regional layihələrin icrası da diqqətə çatdırıldı. İqlim dəyişikliyi, ekoloji problemlər, Xəzər dənizinə dair məsələlər, sülhə təhlükə yarada biləcək maneələrin aradan qaldırılması istiqamətində mövqelər ifadə olundu", - deyə o xatırlatdı.

Deputat qeyd etdi ki, Azərbaycanın inkişaf modeli beynəlxalq miqyasda nümunə kimi təqdim edildi:

"Dövlətin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinin mina problemi ilə üzləşdiyi vurğulandı. Bu məsələnin yalnız Azərbaycan deyil, digər münaqişə bölgələri üçün də ciddi maneə olduğu qeyd edildi. Prezident beynəlxalq ictimaiyyəti bu prosesdə dəstək verməyə, həm investisiya, həm də siyasi müstəvidə Azərbaycanın çağırışlarına qoşulmağa dəvət etdi. Çıxışda Qoşulmama Hərəkatı çərçivəsində qaldırılan məsələlər, müstəmləkəçiliklə mübarizə, insan hüquqları və qlobal Cənubun problemlərinin həlli istiqamətində təşəbbüslər də vurğulandı. Fikirlərin əsasını beynəlxalq hüququn prinsipləri, Azərbaycanın milli maraqları və ümumbəşəri dəyərlərə töhfə təşkil edir".

Müsahibimizin fikrincə, dünyanın aparıcı dövlətləri bu gün Azərbaycanı etibarlı tərəfdaş və yaxın dost adlandırır.

"Bu, ölkənin nüfuzunun artdığını göstərir. Azərbaycan praqmatik, balanslaşdırılmış xarici siyasəti ilə sabitlik adası olmaqla yanaşı, Cənubi Qafqazı da sabitlik bölgəsinə çevirməkdə maraqlıdır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən inteqrasiya layihələrində fəal iştirak edir.

Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın müxtəlif regionlarını əlaqələndirən geostrateji əhəmiyyətli dövlətə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, yaşıl enerji, bərpa olunan enerji, infrastruktur və iqtisadi inkişaf layihələri Azərbaycanın müəyyən etdiyi inkişaf kursunun əsas seqmentləridir. Bu istiqamətdə atılan addımlar dünyanın inkişaf etmiş dövlətləri tərəfindən fəal dəstəklənir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri