Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq münasibətlərdə söz sahibidir ŞƏRH

Azərbaycan beynəlxalq münasibətlərdə söz sahibidir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Hər bir xalqı dünyada məşhurlaşdıran təkcə onun zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan lider şəxsiyyətləridir. Məhz belə şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib.Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Onun hər bir çıxışı, müsahibəsi həm ölkəmiz, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan reallıqlarının izahı və onların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, ölkəmiz həm region dövlətləri, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda sabitlik və inkişaf amilinə çevrilib. Onun sözləri, əslində, Azərbaycanın həm İslam dünyasında, həm də Qərb və Şərq arasında körpü rolu oynadığını bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşmaya aid ilk suala cavabında xüsusi qeyd etdi: “ Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”.

Müsahibənin ən mühüm məqamlarından biri cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi idi. Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.Müsahibə zamanı dövlət başçısı cənab İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanın hər zaman sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.Onun sözlərinə görə, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər açacaq, türk dünyasını birləşdirəcək və Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdıracaq. Bu, Azərbaycanın təkcə enerji layihələri ilə deyil, həm də nəqliyyat və logistika sahəsində qlobal mərkəzə çevrilmək siyasətinin davamıdır.

Sualları ətraflı şəkildə cavablandıran Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğuladı. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühüm reallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıq reallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasının birliyini daha da möhkəmləndirəcək.

Prezident İlham ƏliyevinƏl-Ərəbiyyə televiziyasına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmləndirdi. Dövlət başçımız həm diplomatik ustalığını, həm də strateji baxışını nümayiş etdirərək, Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu ifadə etdi və bir daha Azərbaycanın regional güc statusunu təsdiqlədi.

Gündüz Bayramov

YAP Saqmux rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri