Azərbaycan BMT nin mühüm konvensiyasına qoşuldu Foto
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasını imzalamaq səlahiyyəti Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayevə həvalə olunub. Sərəncama görə, Xarici İşlər Nazirliyinə BMT Baş katibinə müvafiq bildiriş göndərilməsi tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
“Qafqazinfo” xəbər verir ki, cari ilin aprelin 23-də Prezidentin sərəncamına uyğun olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin “X” sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, Tofiq Musayev 2018-ci il dekabrın 20-də Nyu-Yorkda qəbul edilmiş “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyanı Azərbaycan adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Beləliklə, sözügedən Konvensiya Azərbaycan adından imzalanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Aprel 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















