Azərbaycan BMTnin Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumunda təmsil olunacaq AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-i Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə UNAOC-un Dostlar Qrupunun 160 üzvünün, siyasi liderlərin, beynəlxalq və regional təşkilatların nümayəndələrinin, dini liderlərin və din xadimlərinin iştirakı nəzərdə tutulur.
Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda dünyada etimad və həmrəyliyin bərpa edilməsinə, sülhə və təhlükəsizliyə dair qlobal problemlərin müzakirəsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















