Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başlayıblar
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürüb.
İdman.Biz xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin iki üzvü – 70 kq çəki dərəcəsində Nəbi İsgəndərov və 85 kq-da Səid Səidov rinqə çıxıblar.
Hər iki boksçu rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. İsgəndərov monteneqrolu Miloş Poqanoviçə, Səidov isə belçikalı İdris Leqanesiyə qalib gəlib.
Bu nəticə hər iki idmançıya turnirin 1/8 final mərhələsinə vəsiqə qazandırıb.
Ümumilikdə qitə birinciliyində 11 Azərbaycan boksçusu iştirak edir.
Bu mövzuda digər xəbərlər:Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
21 Avqust 2026 21:32
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə start verib
04 Oktyabr 2025 12:41
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
08 İyul 2026 00:00
Azərbaycan milliləri Avropa çempionatına yollandılar
11 Avqust 2025 15:12
Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar
06 Mart 2025 19:39
Baxış sayı:185
Bu xəbər 17 Sentyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















