Azərbaycan boksçuları bu il beynəlxalq yarışlarda 231 medal qazanıblar
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25dekabr, AZƏRTAC
Azərbaycan boksçuları bu il müxtəlif yaş qrupları üzrə beynəlxalq yarışlarda ümumilikdə 231 medal qazanıblar.
Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandalar bu mükafatları qatıldıqları 47 turnirdə əldə edib. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə boks yığmaları ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olublar.
Boksçular 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi World Boxing və IBA) əldə ediblər. Milli komandalar Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya Kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.
Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla Azərbaycan boks tarixinə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kiloqram) də məktəblilərin Avropa çempionatında birinci olmaqla, ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb. Abbasəli Məmmədli (48 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Zirəddin Rüstəmli (70 kiloqram), Mehran Rəsulov (80 kiloqram) məktəblilərin, Əminə Tağı (50 kiloqram), Gülər Hüseynova (48 kiloqram) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan Himnini səsləndiriblər. 19 yaşlı Sübhan Mamedov (50 kiloqram) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalar dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.
Müxtəlif yaş qrupları üzrə milli komandalar 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurub.
Qeyd edək ki, 1 il öncə Azərbaycan boksçuları 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















