Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.
Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.
“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















