Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib. Hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.
İdman.Biz xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.
Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq.
Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Türkiyə milliləri birgə hazırlıq keçir
11 İyun 2025 14:51
Azərbaycan və Belarus milliləri eyni səviyyədədir
15 Mart 2025 12:01
Azərbaycan və Belarus birgə müəssisə yaradır
13 Dekabr 2024 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
10 Oktyabr 2025 20:22
Belarus müharbəyə hazırlıq görür
26 İyul 2025 18:55
Baxış sayı:105
Bu xəbər 03 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















