Icma.az
close
up
RU
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 31-də dünyanın ən böyük uşaq kitab sərgisi olan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə xüsusi stendlə təmsil olunur.

SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə "Şərq-Qərb", "Libra Kitab", "Qələm", "Everest", "Təhsil, "Aspoliqraf", "Altun Kitab", "Qanun", "Ting", "Oskar", "Zəka Print", "Radius" kimi Azərbaycan nəşriyyatlarında azyaşlı oxucular üçün çap olunmuş 160-dan çox adda 200 nüsxədən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Ölkəmizin nümayəndə heyəti sərgi çərçivəsində bir sıra tədbirlərə qatılıb. Türkiyə Respublikasının nümayəndə heyəti, eləcə də Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland kimi ölkələri təmsil edən nəşriyyat nümayəndələri, uşaq müəllifləri və illüstratorlarla işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Novruz bayramının timsalında milli adət-ənənələrimizin təqdimatı ilə bağlı tədbir təşkil olunub, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti haqqında sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilib.

Nazir müavini F.Cəfərov sərgi çərçivəsində Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisinin Təşkilat Komitəsinin rəhbəri Elena Pasoli ilə görüş keçirmişdir. Görüşdə Bolonya Kitab Sərgisi ilə Bakı Beynəlxalq Kitab Sərgisi arasında əməkdaşlıq, Bolonya sərgisinin təcrübəsindən Bakı Kitab Sərgisində istifadə olunması, eləcə də gələcəkdə Azərbaycanın Bolonya Kitab Sərgisində fəxri qonaq qismində iştirak imkanları müzakirə olunub.

Aprelin 3-dək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, yerli naşirlərin müxtəlif ölkələrdən olan həmkarları ilə işgüzar görüşləri nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri