Icma.az
close
up
RU
Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti SB62 də COP29 rəhbərliyi ilə təmsil olunur

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti SB62 də COP29 rəhbərliyi ilə təmsil olunur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bonn, 16 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC

Bu gündən başlayaraq iyunun 26-dək Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinə başlayır.

AZƏRTAC xəbər verir ki, Bonn İqlim Konfransı qlobal iqlim diplomatiyasında növbəti kritik mərhələ kimi qiymətləndirilir. Yaxın iki həftə ərzində davam edəcək görüşlərdə 5 mindən çox hökumət nümayəndəsi və iqlimə fəalları bir araya gələrək, həm COP29-un nəticələrini əsas götürəcək, həm də Braziliyada baş tutacaq növbəti böyük iqlim sammiti — COP30 üçün hazırlıq işləri aparacaq.

Bu sessiyanın əsas gündəmi iqlimə uyğunlaşma üçün qlobal hədəflərin göstəricilərinin yekunlaşdırılması, ədalətli enerji keçidi, karbon emissiyalarının azaldılması və ən önəmlisi — “Bakıdan Belemə Yol Xəritəsi” çərçivəsində 1.3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunmasıdır.

Bu müzakirələrdə COP29 Sədrliyi – Azərbaycan aktiv şəkildə iştirak edir. Bakı sammitinin təşkilatçı heyəti tam tərkibdə Bonn görüşlərində yer alır. Diplomatik danışıqlar masasında və xüsusi sərgi kampusunda Azərbaycan nümayəndə heyəti təşəbbüskar mövqe sərgiləyir.

Sözsüz ki, biz BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası barədə danışırıqsa burada COP29-un əhəmiyyətini və bu danışıqlarda müzakirə olunacaq mövzuların əsasının məhz Bakıdan bəlli olduğunu xüsusi vurğulamaq lazımdır. Ölkəmiz ötən il COP tarixində bir sıra ilklərə imza atdı. İlk növbədə, Paris Sazişinin 6-cı maddəsi – karbon bazarlarının beynəlxalq tənzimlənməsi və əməkdaşlıq mexanizmləri Bakı sammitində ciddi irəliləyiş əldə edilən məsələlərdən biri oldu. Bu, ölkələrin karbon ticarəti və emissiya azaldılmasını beynəlxalq şəkildə koordinasiya etməsinə imkan yaradacaq.

Bundan əlavə, “Bakı İqlim Fəaliyyəti Çərçivəsi” və “Bakı Maliyyə Hədəfi” kimi sənədlər iqlim tədbirlərində praktiki addımların sürətləndirilməsi üçün “Yol Xəritəsi” rolunu oynadı. İnkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edən “İtki və Zərər Fondu”nun işə salınması da məhz COP29 zamanı rəsmiləşdirildi və bu fond artıq real maliyyə öhdəlikləri ilə fəaliyyətə başlayıb.

Bonn görüşləri bu mühüm nailiyyətlərin davamını təmin etməli, COP30-da konkret qərarların qəbuluna zəmin yaratmalıdır. Nəhayət, tədbir iştirakçılarından BMT-nin Davranış Kodeksinə tam əməl olunması tələb olunur. Bu, qarşılıqlı hörmətə, inklüzivliyə və məhsuldar əməkdaşlığa əsaslanan dialoq üçün vacibdir. Bonn danışıqları təkcə texniki hazırlıq mərhələsi deyil, həm də Azərbaycanın qlobal iqlim siyasətində rolunun davamı kimi diqqət mərkəzindədir. COP29-un mirası burada yaşayır və COP30-a gedən yolda əsas istiqamətləri müəyyən edir.

Gün ərzində Bonnda İyun İqlim Sammitində sessiyalar öz işinə başlayacaq, COP29 Sədrliyinin çıxışları baş tutacaq.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu konfransda olduqca fəal və müxtəlif sahələr üzrə təmsil olunur. Burada keçirilən panel tədbirlər və iqlim fəaliyyəti ətrafındakı danışıqlar Bakıda keçirilən COP29 prosesini xatırladır ki, məhz COP29 Sədrliyi də bu prosesi uğurla davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri