Azərbaycan böyük enerji layihələrini uğurla icra edir
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Enerji Həftəsi keçmişin təcrübəsi, gələcəyin hədəfləri.
Regionun ən böyük sənaye hadisəsi hesab olunan və hər il dünya enerji elitasını bir araya toplayan “Baku Energy Week” bu gün qapılarını 31-ci dəfə iştirakçıların üzünə açır. Fəaliyyət göstərdiyi dövr ərzində bu tədbir həm yerli, həm də qlobal miqyasda nüfuzlu bir enerji platformasına çevrilərək, beynəlxalq təqvimin ən çox gözlənilən əsas hadisələrindən biri olmağı bacarıb.
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” öz işinə başlayıb. Enerji sektorunun ən nüfuzlu nümayəndələrinin iştirak etdiyi bu platforma Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında artan rolunu, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələri və yaşıl enerji sahəsində həyata keçirdiyi strateji hədəfləri bir daha nümayiş etdirir. Həmçinin enerji sənayesinin müxtəlif istiqamətlərini əhatə edən sərgi və forumlar təşkil olunur, qlobal enerji bazarının aktual məsələləri, yeni əməkdaşlıq imkanları və gələcək inkişaf perspektivləri geniş müzakirə edilir.
Onuda vurğulamaq istərdim ki, Azərbaycanın enerji sahəsində qazandığı uğurların əsası məhz 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Sonrakı dövrdə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq enerji bazarının etibarlı iştirakçısına çevrilib, neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün mühüm enerji dəhlizləri yaradılıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP və TAP kimi nəhəng layihələrin həyata keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu daha da gücləndirib. Bu gün ölkəmiz təkcə enerji resurslarının ixracatçısı deyil, həm də Avropanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətinin davamlı inkişaf və gələcəyə hesablanmış strateji hədəflər üzərində qurulduğunu bir daha nümayiş etdirir.
Aynur Quliyeva
Bu mövzuda digər xəbərlər:4SİM in icraçı direktoru: Azərbaycan Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya layihələrini uğurla icra edir
07 May 2026 11:15
Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini uğurla həyata keçirməyə qadirdir
15 May 2026 11:40
Azərbaycan Dünya Bankı ilə enerji layihələrini müzakirə edib
24 Sentyabr 2025 15:40
Səfir: Azərbaycan və BƏƏ bərpaolunan enerji layihələrini genişləndirir
08 Dekabr 2025 16:55
Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik
08 Noyabr 2025 14:00
Baxış sayı:137
Bu xəbər 03 İyun 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















