Azərbaycan böyük investisiyalar məkanına çevirib ŞƏRH
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Azərbaycanın beynəlxalq siyasətdə rolu təkcə ərazi və hərbi gücə əsaslanmır, həm də enerji resursları üzərində qurulmuş strateji diplomatiya ilə təzahür edir. Enerji diplomatiyası Azərbaycan üçün həm iqtisadi, həm də siyasi vasitədir və qonşu dövlətlər, eləcə də qlobal güclər tərəfindən diqqətlə izlənilir. Ölkəmiz enerji resurslarını regional və qlobal əməkdaşlıq vasitəsi kimi istifadə etməklə qonşularla balanslı münasibət qurur. Bu, həm iqtisadi asılılığı, həm də siyasi etimadı təmin edir. Odur ki, Azərbaycanın beynəlxalq siyasətdəki rolu yalnız geosiyasi mövqeyə deyil, həm də strateji enerji üstünlüyünə əsaslanır. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşaedilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. 2022-ci ildə əsası qoyulan bu stansiya “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. Qeyd etdi ki, bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verməklə yanaşı, ölkəmizə cəlb olunan 340 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyanın, beynəlxalq etimadın bariz nümunəsidir.
Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının “Gülüstan” sarayında keçirilən rəsmi açılış mərasimindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan enerji siyasətini yalnız cari tələbatın ödənilməsi prizmasından deyil, uzunmüddətli strateji hədəflər, milli təhlükəsizlik və qlobal məsuliyyət əsasında formalaşdırır.
Prezident İlham Əliyev çıxışında bəyan etdi:”Ölkəmizdə gözəl investisiya iqlimivardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir.”
Bu gün sabitliyin və normal biznes mühitinin yaradılması, Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirib.Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Artıq ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətləryatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmindirlər.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə həyata keçirilən bu layihə ildə 1 milyard kVt·st elektrik enerjisi istehsal edərək, 220 milyon kubmetr təbii qaza qənaət etməyimizə şərait yaradacaq. Bu, həm iqtisadi səmərəlilik, həm də ixrac potensialımızın artırılması deməkdir.Əminliklə deyə bilərik ki,“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin bərpaolunan enerji potensialını yeni zirvələrə daşıyacaq.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















