Azərbaycan böyük iş görür Tokayev
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Qazaxıstan AQEM-in fəaliyyətinə böyük töhfə verməyə hazırdır. Təşkilat təhlükəsizliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi və müasir çağırışlara birgə cavab verilməsi baxımından mühüm rol oynayır.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.
Tokayev bildirib ki, AQEM-ə üzv dövlətlərin sayı artır və təşkilat üzvlərinin 90 faizi Asiya ölkələridir.
Onun sözlərinə görə, dünyada mürəkkəb çağırışlar və ciddi problemlər meydana çıxdıqca, bu çətinliklərə qarşı birgə fəaliyyət göstərmək vacibdir.
Tokayev Azərbaycanın AQEM-in dünyada əhəmiyyətli təşkilata çevrilməsi istiqamətində böyük iş gördüyünü bildirib. O, yol xəritəsində AQEM-in açıq olmasının və təhlükəsizliyin daha müasir formatının yaradılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Qazaxıstan prezidenti münaqişələrin həlli və digər məsələlər üzrə mühüm addımlar atıldığını qeyd edərək, Şanxay Əməkdaşlıq Təşkilatı ilə AQEM arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırıb.
O, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün diplomatiyadan istifadə edilməsini təklif edib.
Tokayevin sözlərinə görə, AQEM gələcək üçün yaradılıb və mühüm, müsbət dəyişikliklərə nail olmaq üçün bütün imkanlarından istifadə etməyə hazır olmalıdır.
O, süni intellektin inkişafı dövründə qərarların daha çevik və sürətli qəbul edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini də qeyd edib. Bununla yanaşı, süni intellektin inkişafı fonunda insan qabiliyyətlərinin zəifləməsinin qarşısının alınmasının əhəmiyyətini vurğulayıb.
Qazaxıstan prezidenti AQEM-in süni intellekt məsələsini diqqət mərkəzində saxlamalı olduğunu və bu sahədə müvafiq mexanizmin yaradılmasının vacibliyini bildirib. O, Qazaxıstanın bu istiqamətdə mərkəzin Almatıda təşkil edilməsinə hazır olduğunu deyib. Tokayev, həmçinin Transxəzər fiber-optik kabel xəttinin Xəzər dənizinin dibi ilə çəkilməsi layihəsinin rəqəmsal əməkdaşlıq mexanizminin inkişafına töhfə verəcəyini bildirib.
Tokayev sonda birgə nəqliyyat dəhlizlərinin inkişafına böyük önəm verdiklərini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Oktyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















