Azərbaycan, Braziliya və Türkiyə GIA qlobal iqlim təşəbbüsünə rəhbərlik edəcək
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
COP sədrləri "troyka"sı - Azərbaycan, Braziliya və Türkiyə - Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim konfransının yekunlari üzrə qəbul edilmiş Qlobal İcranı Sürətləndirmə ("Global Implementation Accelerator" - GIA) təşəbbüsünə rəhbərlik edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib.
Onun sözlərinə görə, GIA COP30-dan sonrakı proseslərdən biridir: " Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığına doğru aydın yolu var. Buna görə də biz "troyka"nın GIA çərçivəsində işi necə irəli aparacağından asılı olaraq bu işə kömək etməyə hazırıq və istəkliyik".
A.İtkonen qeyd edib ki, COP30 başa çatıb və nümayəndə heyətləri artıq iqlim gündəliyi çərçivəsində növbəti addımlar üzərində işə başlayıblar: "Nümayəndə heyətlərinin və danışıqçıların əksəriyyəti artıq hansı konkret addımlar təklif edəcəkləri barədə düşünməyə başlayıblar. Bu, Avropa Komissiyasına da aiddir".
Xatırladaq ki, "Global Implementation Accelerator" dünyanın müxtəlif bölgələrində iqlim dəyişikliyi ilə mübarizə üçün universal tədbirləri seçmək məqsədi daşıyır. Prioritetlər – metan emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələri və təmiz texnologiyalardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















