Icma.az
close
up
RU
Azərbaycan bu bəyannaməni imzaladı

Azərbaycan bu bəyannaməni imzaladı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.

Globalinfo.az xəbər verir ki, bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF Azərbaycan hökumətinin bu bəyannamənin imzalamaqla götürdüyü öhdəliyi alqışlayıb.

Bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır.

Muxtar Babayev bu gün Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq etdiyini vurğulayıb: “Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq.”

UNICEF-in icraçı direktoru Ketrin Rassell əlavə edib ki, uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir: “Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır”.

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see384

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see336

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see307

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see295

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see258

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see234

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see230

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see212

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see203

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see192

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see188

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see175

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see170

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see153

“Lion” “Yuventus”un hücumçusu uğrunda mübarizəyə qoşulub

21 İyun 2026 03:10see152

ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır Axios

21 İyun 2026 08:02see151

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see151

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

21 İyun 2026 10:00see151

“Goal” tarixin ən yaxşılarını seçdi Siyahıda kimlər var?

21 İyun 2026 19:33see151

“Qarabağ”da yeni müqavilə: KAPİTAN KOMANDADA QALDI

21 İyun 2026 15:21see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri