Icma.az
close
up
RU
Azərbaycan bu fondlara 270 milyon ayıracaq Yeni Çağ Media

Azərbaycan bu fondlara 270 milyon ayıracaq Yeni Çağ Media

Gələn il Azərbaycanın həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 270 milyon manat ayrılacaq.

Yenicag.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazirin sözlərinə görə, 2025-ci ildə dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi və xarici fəaliyyətin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 754 milyon manat ayrılması planlaşdırılır:

“Bu vəsaitin 238 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 205 milyon manatı isə Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və fəaliyyət xərclərinə yönəldiləcək”.

www.yenicag.az

seeBaxış sayı:37
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri