Icma.az
close
up
RU
Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib

Azərbaycan bu il 90 milyon dollarlıq ət idxal edib

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ət sevən millət olduğumuz üçün qiymət artsa da, ətə olan tələbat azalmır. Dükanımızda ay ərzində təxminən 15 ton ət satırıq". Bu sözlər qəssab Sərxan İmanova məxsusdur. O, Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında 41.4 min ton ət idxal etməsinin böyük rəqəm olmadığını düşünür: "Bütün ölkə üzrə 41 min ton ət idxalı çox deyil. Əgər idxal olmasa, ölkədə ətə olan tələbat qarşılana bilməz. Xaricdən ətin gətirilməsi qiymətləri nisbətən tənzimləyir. Yerli istehsalda kənd camaatı qiyməti məcbur qaldırır. Çünki yem çox bahadır. Üstəlik, hər il otun, yemin qiyməti qalxmaqda davam edir. Ötən il bir yonca presini dörd manata alırdıq, bu il yeddi manatdır. Heyvana çəkilən xərc qazancdan çox olur. Bu səbəbdən idxal çoxalsa da, ətin bahalaşması normaldır".

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məlumat üçün bildirək ki, Azərbaycan ət idxalına çəkdiyi xərci 50 faizdən çox artırıb. Bu ilin yanvar-sentyabr aylarında 41,4 min ton ət idxal etmişik. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu həcmdə ətin dəyəri 90.5 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11.2 min ton (36.9%), dəyər baxımından isə 30.4 milyon ABŞ dolları (50.5%) çoxdur.

İldən-ilə xaricdən ət idxalına xərclənən vəsaitlər artır, daxildə isə ət bahalaşmaqda davam edir. Ölkə daxilində bu problemin həlli üçün addımlar atılırmı?

Millət vəkili Vüqar Bayramlı "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda ət məhsullarına olan tələbin təxminən 75 faizi yerli istehsal hesabına, dörddə biri isə idxal hesabına ödənilir: "Ət idxal etdiyimiz ölkələr arasında Gürcüstan və Hindistanı xüsusi qeyd etmək lazımdır. Bu və digər ölkələrdən ət idxalını həyata keçirməklə daxili tələbat ödənilir".

Millət vəkili vurğulayıb ki, idxalın dəyər ifadəsinin artmasının səbəblərindən biri də həmin ölkələrdə ərzaq, o cümlədən ət məhsullarının nisbətən bahalaşmasıdır: "Həmin məhsulların bahalaşması idxal dəyərinə təsir göstərir. Sözsüz ki, əsas məqsədlərdən biri idxaldan asılılığın aradan qaldırılması, bu istiqamətdə ət məhsullarının istehsalının dəstəklənməsidir. Bu kontekstdə heyvandarlığın dəstəklənməsi, təşviq alətlərinin genişlənməsi həmişə prioritetdir. Xüsusilə də, Şərqi Zəngəzurun bu istiqamətdə potensialı böyükdür. Bu potensialdan istifadə etməklə, idxalın minimallaşdırılması, yerli istehsal payının artırılması mümkündür".

Millət vəkili Azər Badamov da təəssüflənir ki, idxalın artmasına baxmayaraq bazarda qiymətlər də artmaqdadır. Həmsöhbətimiz bildirir ki, ət idxalının artmasının kökündə dayanan əsas məsələ ölkəmizdə heyvandarlıq sektorunda baş verən azalmadır. Onun sözlərinə görə, örüş yerləri əkin sahələrinə çevrildiyindən heyvanların saxlanılması imkanları məhdudlaşır. Bu da daxili bazarda ətlik malların azalmasına yol açır: "İşğaldan azad olunmuş ərazilərdə aqroparklar salınaraq yeni heyvandarlıq sahələri inkişaf etdirilir. Lakin bu ərazilərin minalanması torpaqların dövriyyəyə qaytarılmasında çətinliklər yaradır. Hesab edirəm ki, zaman keçdikcə həmin torpaqlar yenidən istifadə olunacaq və heyvandarlığın inkişaf etdirilməsi üçün yeni imkanlar açılacaq".

Millət vəkili vurğulayır ki, hazırkı statistikaya görə, heyvandarlıqda artım yox dərəcəsindədir. Bu da ətlə bağlı təminatda ölkəmizin idxaldan asılı olmasına səbəb olur: "İdxaldan asılılığımızın artması və idxal prosesində rəqabətin az olması ət bazarında bahalaşmaya yol açır. Ona görə də ətin idxalı prosesində rəqabətin yaranması və bazarda qiymət artımının qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir. Ət rasionumuzun vacib komponentidir. Azərbaycanlı ailələr digər ölkələrin xalqlarına nisbətən əti daha çox istifadə edirlər. Hamının ətə əlçatanlığını təmin etmək üçün həm daxili istehsal artmalıdır, həm də idxal prosesində rəqabət mühiti formalaşdırılmalıdır".

İqtisadçı Eyyub Hüseynov deyib ki, ötən ilə nisbətən Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da müxtəlif səbəblərlə bağlıdır: "Həm ölkədə əhali artımı, həm də ət istehlakında artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizdə örüş yerlərinin azalması da heyvandarlığın rentabelliyini aşağı salır, yemin xaricdən gətirilməsi maya dəyərinə təsir edir. Bu, yerli istehsala ciddi şəkildə təsir edir. Lakin hesab edirəm ki, növbəti illərdə işğaldan azad olan bölgələrdə heyvandarlığı inkişaf etdirmək imkanımız var. Növbəti illərdə ət istehsalında artım imkanları yaranacaq, iş yerləri açılacaq ki, bu da ətin qiymətinin artmasının qarşısını alacaq".

Ekspert bildirib ki, qiymət artımının qarşısını almaq üçün yerli istehsal genişləndirilməlidir: "Bu baxımdan bizim yeganə çıxış yolumuz ölkədə heyvandarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yerli yem istehsalının artırılmasıdır. Ölkədə fərdi təsərrüfatlarda da heyvanların saxlanılması artıq çətinliklər yaradır. Bu baxımdan yerlərdə ev təsərrüfatlarının da inkişafına dövlət tərəfindən müəyyən subsidiyaların ayrılması bu istiqamətdə qiymət artımının qarşısını alar və ət istehsalının artırılmasına dəstək olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see381

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see246

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see238

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see232

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see221

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see219

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see208

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see198

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see197

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see195

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see194

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see193

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see192

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see191

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see189

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see187

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see185

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see184

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see179

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri